Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

Mərkəzi Bank iki təşkilatla bağlı məcburi göstəriş verdi

Tarix: 31 Iyul 2025 15:40

Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC və "Mpay" QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

Sonxeber.net bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu məlum olub. "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən, "PulPal"a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, "Mpay"ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.


Etiketlər:  Mərkəzi Bank təşkilatla bağlı məcburi göstəriş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ