Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone 20”nin dizaynında köklü dəyişiklik – Bunlar olmayacaq

“iPhone 20”nin dizaynında köklü dəyişiklik – Bunlar olmayacaq

Tarix: 1 Noyabr 2025 15:40

Yubiley modeli "Apple" tarixində ən radikal dizayn dəyişikliyi ola bilər.

Sonxeber.net xəbər verir ki, şirkətin yeni patentinə əsasən, "iPhone 20" tamamilə şüşədən hazırlanmış "kənardan kənara" ekrana sahib olacaq və fiziki düymələrdən tamamilə imtina edəcək.

Weibo sosial şəbəkəsində "Instant Digital" adlı insayderin paylaşdığı məlumata görə, Apple artıq bərk vəziyyətdə olan (solid-state) düymələrin funksional sınaqlarını tamamlayıb. Bu sistem real düymə effekti yaradan lokal vibrasiya geribildirimi ilə işləyəcək.

Yeni texnologiya sayəsində güc, səs, hərəkət və kamera idarəetmə düymələri mexaniki mexanizmlərsiz, toxunma hissinə bənzər təzyiq sensorları vasitəsilə fəaliyyət göstərəcək.

İnsayder əlavə edib ki, 2026-cı ildə təqdim ediləcək iPhone 18 modellərində kamera düymələri artıq təzyiq sensorlu olacaq, sonrakı nəsillərdə isə pyezoelektrik keramika əsasında təkmilləşdirilmiş vibrasiya sistemi tətbiq ediləcək.

Qeyd edək ki, yeni "iPhone 20"nin tam dizaynının və funksiyalarının 2027-ci ildə təqdim ediləcəyi gözlənilir.


Etiketlər:  iPhone 20nin dizaynında köklü dəyişiklik Bunlar olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ