Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar”

''Dostlarım var ki, görüntülü yığır, kartıma pul atırlar”

Tarix: 1 Noyabr 2025 16:55

Müğənni və model Müjgan Ayxandan maraqlı etiraf edib.

Sonxeber.net xəbər verir ki, ifaçı dostları ilə münasibətlərindən danışıb.

O, ehtiyacı olanda kabinetlərdə də sənətini göstərib pul qazandığını bildirib:

"Kabinetdə oxumağa pis baxmıram. Ehtiyacım olmadıqda isə getmirəm. Elə dostlarım var ki, mahnımı qoşur, görüntülü yığır, sadəcə məni görür və kartıma pul atır. Çünki gəlməyə halım yoxdur deyirəm, olarsa, mahnımı yutubdan qoyun, telefondan özümə baxın və kartıma pul göndərin. Ona da razılaşırlar. Mən o müğənnilərdənəm ki, beşimiz harasa gedirik, 4-ü oxuyur, mən oturub, pul alıb çıxıram. Deyirəm ki, oxumağıma daha ehtiyac qalmadı". 

İzləyicilər onun bu sözlərini həm zarafat, həm də etiraf kimi qiymətləndiriblər. Bəziləri isə efirdə bu cür açıqlamaların doğru olmadığını bildiriblər.

Qeyd edək ki, Müjgan Ayxan son dövrlərdə paylaşımları və açıqlamaları ilə medianın və izləyicilərin diqqət mərkəzinə düşür.

Musa


Etiketlər:  Dostlarım görüntülü yığır kartıma atırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ