Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 15:46
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb.
Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.
A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib.