Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 09:02
Amerikalılar bizə mesaj göndərdilər ki, belaruslar günahkardır və həm hakimiyyət, həm də Lukaşenko dərhal Litvadan üzr istəməlidirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Litvanın hava məkanının Belarus tərəfindən pozulması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
O bildirib ki, Belarusun yalnız günahı sübuta yetirilərsə, üzr istəyəcək.
Qeyd edək ki, Litva ölkə ərazisinə Belarusdan olan qaçaqmalçılar tərəfindən helium şarlarının buraxıldığını bildirmişdi. Oktyabrın 29-da da Litva Belarusla sərhəddə avtomobillərin keçməsinə bir aylıq qadağa qoyub.