Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 10:10
ARB TV-də yayımlanan "Günə Bax" verilişinin adından istifadə edilərək müğənnilərin aldadılması halları baş verib.
Sonxeber.net xəbər verir ki, verilişin aparıcısı İlqar Mikayıloğlu məsələ ilə bağlı bildirib ki, verilişlə əlaqəsi olmayan, daha əvvəl proqramda çalışmış keçmiş əməkdaş, Ruslan adlı şəxsin adından istifadə edən kimsə, müğənnilərlə əlaqə saxlayaraq onları efirə çıxarmaq vədilə pul alıb.
Aldadılan müğənniyə ayın 4-ü üçün efirə çıxış və anons adı ilə 100 manat qarşılığında söz verilib. Lakin vəziyyətdən şübhələnən sənətçi əlaqəni kəsib və ARB TV ilə əlaqə saxlayaraq baş verənləri çatdırıb, bütün yazışmaları təqdim edib.
İlqar Mikayıloğlu veriliş zamanı yazışmaları ekranda nümayiş etdirərək məsələnin ciddiliyini ictimaiyyətə açıqlayıb.