Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Biz öləndən sonra sevgimiz dillərə dastan olacaq, bizə HEYKƏL qoyacaqlar”

“Biz öləndən sonra sevgimiz dillərə dastan olacaq, bizə HEYKƏL qoyacaqlar”

Tarix: 1 Noyabr 2025 18:05

Müğənni Təranə Qumral "Öz aramızda" verilişində həyat yoldaşı Musa Musayevlə birlikdə qonaq olub.

Sonxeber.net xəbər verir ki, sənətçi canlı efirdə onların illərdir davam edən sevgi münasibətindən danışıb.

Təranə Qumral bildirib ki, Musa Musayevlə aralarındakı sevgi çox böyükdür və bu məhəbbət gələcəkdə də xatırlanacaq:
"Biz öləndən sonra sevgimiz dillərə dastan olacaq, bizə heykəl qoyacaqlar. Çünki belə sevgi nadir hallarda olur. Deyirlər rola girirlər, əsla. Necə varsa, eləyik. Sağıq deyə, indi bizi "baltalayırlar". 

Təranənin əri və həmkarı Musa Musayev də ailəsinin möhkəmliyin qadının xüsusi rolu olduğunu bildirib. O, evin qurulub, idarə olunması işində xanımına təriflər yağdırıb.

Cütlüyün bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onların bir-birinə olan, illərlə davam edən sevgisini təqdir ediblər.

Musa


Etiketlər:  öləndən sonra sevgimiz dillərə dastan olacaq bizə HEYKƏL qoyacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ