Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ferrari'' Lyuis Hemiltonla yollarını ayırır?

''Ferrari'' Lyuis Hemiltonla yollarını ayırır?

Tarix: 1 Noyabr 2025 16:28

"Ferrari"nin "Formula-1" komandası britaniyalı pilot Lyuis Hemiltonla əməkdaşlığı davam etdirməyə bilər.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, ilin əvvəlində komandaya qoşulan yeddiqat dünya çempionu gözləntiləri doğrulda bilməyib və azarkeşləri məyus edib.

Son 20 yarışda Hemilton heç bir dəfə ilk üçlüyə düşə bilməyib və ən yaxşı nəticəsi dördüncü yer olub. Bu isə komanda daxilində narazılıqlara və ayrılıqla bağlı şayiələrin yayılmasına səbəb olub.

Hazırda "Ferrari" rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.

Tural


Etiketlər:  Ferrari Lyuis Hemiltonla yollarını ayırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ