Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur NBA ulduzunun evi qarət edildi

Məşhur NBA ulduzunun evi qarət edildi

Tarix: 1 Noyabr 2025 13:28

NBA-nın hazırkı "Oklahoma City Thunder" komandasının ulduzu Şay Gilgeous-Aleksanderin evinə soyğunçular giriblər.

Sonxeber.net xəbər verir ki, "ABC News"un məlumatına görə, hadisə cümə axşamı axşam saatlarında, idmançı "Vaşinqton Wizards"a qarşı oyunda iştirak edərkən baş verib. Oğurluq Oklahoma Sitinin şəhərətrafı ərazisi olan Nikols Hillsdəki evində qeydə alınıb.

Polisə saat 19:45 radələrində hadisə barədə məlumat daxil olub. Məlumata görə, şübhəlilər polis gəlməmişdən əvvəl hadisə yerindən qaçıblar, və hadisə zamanı evdə heç kim olmayıb.

Hazırda heç kim saxlanılmayıb, lakin istintaq davam edir. 


Etiketlər:  Məşhur ulduzunun qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ