Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 14:05
Məşhur model Adriana Limanın son paylaşımı sosial mediada böyük səs-küy yaradıb.
Sonxeber.net xəbər verir ki, dünyaca məşhur "Victoria's Secret" mələyi bu dəfə təbii, makiyajsız halı ilə izləyicilər qarşısına çıxıb.
Limanın paylaşdığı fotolar qısa müddətdə böyük marağa səbəb olub. Bir çox izləyici onun təbii gözəlliyini tərifləyib, bəziləri isə modelin əvvəlki illərlə fərqli göründüyünü qeyd edib.
Qeyd edək ki, Adriana Lima 12 iyun 1981-ci ildə Braziliyanın Salvador şəhərində anadan olub. O, "Victoria's Secret" brendinin ən tanınmış simalarından biri olub və uzun illər bu markanın mələyi kimi çıxış edib. Lima həmçinin "Maybelline" və "Guess" kimi brendlərlə də çalışıb, dünyanın ən çox qazanan modellərindən biri hesab olunur.
Hüseyn