Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 17:30
"Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu "Çərçivədən kənar" layihəsində qonaq olub.
Sonxeber.net xəbər verir ki, aparıcı efir zamanı öz populyarlığına toxunaraq bildirib ki, onun proqramı tamaşaçılar tərəfindən sevilməsəydi, bu qədər baxımlı olmazdı:
"Sevilməsəydim, verilişim bu qədər baxımlı olmazdı. 100 nəfərdən 20-si mənə baxsa xoşbəxt olaram. Onlar üçün çalışaram.
Nəbioğlu həmçinin öz görünüşü ilə də fəxr etdiyini gizlətməyib.
O, özünü tərifləməkdən də çəkinməyib:
"Özümdən razı olmalyam da. Niyə narazı olum? Şükür Allaha, boy-buxun, yaraşıq verib. Bu gün çoxlarının olmaq istədiyi yerdəyəm. Təbii ki, istəyənlərdən danışıram. Bəlkə, çoxları bir ömür çalışıb ki, bu qədər danışılsınlar. Tam səmimi deyim ki, özümdən razıyam".
Tele-aparıcının bu fikirləri müzakirələrə səbəb olub.
Musa