Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 18:40
Xalq artisti Şahnaz Haşımova səhhətindən danışıb.
Sonxeber.net xəbər verir ki, bir müddət əvvəl səhhətində problem yaranan və Gəncədə xəstəxanada əməliyyat olunan müğənni artıq yaxşı olduğunu deyib.
"Ən çox səsimin dərdini çəkirdim. Dedim, narkoz alacağam, görəsən ondan sonra xırıldamayacağam, öskürməyəcəyəm? İndi heç bir problem yoxdur. Ayın 25-də əməliyyat olunmuşam, 4 gün sonra oxudum. Həkimlərimizin sayəsində" deyə, Haşımova bildirib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu. (Axşam.az)