Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 18:30
Bakıda meyit donordan ürək köçürülən 21 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır.
Sonxeber.net xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rəşad Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.
O, bildirib ki, oğlunda ürək problemi hərbi xidmət zamanı aşkar edilib:
"Hərbi xidmətə gedərkən həkim müayinəsindən keçəndə Rəşadın səhhətində problemlər aşkarlandı. Hərbi Həkim Komissiyasında müayinə zamanı məlum oldu ki, onun böyrəyində kista var.
Amma bu, ciddi problem hesab edilmədi və Rəşad hərbi xidmətə göndərildi. Hərbi xidmətdə olarkən səhhətində yenidən problem yarandı və o, hərbi hospitala göndərildi.
Hərbi hospitalda müayinə zamanı məlum oldu ki, Rəşadın ürəyində böyümə var. Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.
Kamran Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapdı. Oktyabrın 23-də gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı. Bütün xərcləri Mərkəzi Klinika öz üzərinə götürdü.
Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki, görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır".