Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe yenə ən yaxşı seçildi

Mbappe yenə ən yaxşı seçildi

Tarix: 1 Noyabr 2025 14:40

"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe oktyabr ayı üçün La Liqanın ən yaxşı oyunçusu adını qazanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı fransız hücumçu ay ərzində üç matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mbappe sentyabrda da La Liqanın ən yaxşı futbolçusu seçilmişdi. O zaman o, 4 oyunda 5 qol və 1 ötürmə ilə parlamışdı.

Qeyd edək ki, Mbappe 2024-cü ildən "Real Madrid"də çıxış edir. O, bu vaxta qədər klubun heyətində 72 oyuna 60 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçunun "Kral Klubu" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.


Etiketlər:  Mbappe yenə yaxşı seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ