Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 10:12
"OpenAI" şirkəti süni intellektdən istifadə edərək musiqi yaratmaq üçün yeni platforma hazırlayır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, "OpenAI" dünyanın aparıcı ifaçılıq sənəti qurumlarından biri olan Culyard Məktəbi ilə əməkdaşlıq edir.
Yeni platforma həm musiqi əsərlərini sıfırdan yaratmağa, həm də mövcud səsyazmaları, məsələn, vokal parçalarına instrumental hissələr əlavə etməklə təkmilləşdirməyə imkan verəcək.
Texniki detallar və buraxılış formatı hələlik açıqlanmır.