Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” bu modelin istehsalını AZALDIR

“Apple” bu modelin istehsalını AZALDIR

Tarix: 22 Oktyabr 2025 13:32

"Apple" şirkəti "iPhone Air" modelinin istehsal planlarında dəyişiklik edib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, tələbatın gözlənildiyindən az olması səbəbindən şirkət bu modelin istehsalını 1 milyon ədəd azaltmaq qərarına gəlib.

"iPhone Air" Qərb bazarlarında gözlənilən marağı qazana bilməyib. Əksinə, "iPhone 17" və "iPhone 17 Pro" modelləri satışa çıxdıqları ilk gündən böyük tələb görüb.

Model Çində uğurlu satış göstəriciləri əldə etsə də, bu, ümumi qlobal nəticələrə ciddi təsir etməyib.

Nəticədə "Apple" istehsal strategiyasına yenidən baxaraq "iPhone 17" seriyasının ümumi istehsal hədəfini 88 milyondan 94 milyon ədədə qədər artırıb.

Hüseyn


Etiketlər:  Apple modelin istehsalını AZALDIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ