Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2025 15:40
Özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir.
Sonxeber.net xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
Sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni DSMF ayırmaları ödəniləcək.
Xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3% də gəlir vergisi ödəyəcək. /qafqazinfo.az