Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı - FOTO

Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı - FOTO

Tarix: 23 Oktyabr 2025 14:56

Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında - "8-ci kilometr bazarı"nın qarşısında, "Neftçilər" və "Xalqlar dostluğu" metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Qeyd edək ki, AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.


Etiketlər:  Daha ünvanda minib düşmə yeri yaradıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ