Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 10:02
German diliçiyi üzrə filologiya üzrə fəlsəfə doktoru, ingilis dili fonetikası üzrə mütəxəssis və "Təhsilin Ulduzu" laureatı Günay Məmmədova Beynəlxalq Fonetika Assosiasiyasına (International Phonetic Association, IPA) üzv qəbul olunub.
Sonxeber.net xəbər verir ki, bu üzvlük Azərbaycanda anqlistika ( ingilis dili,ədəbiyyati və tarixi) sahəsi üzrə yetişən gənc tədqiqatçı alimlər arasında bir ilkdir.
Günay Məmmədovanın Beynəlxalq Fonetika Assosiasiyasına üzvlüyü onun illərlə davam edən elmi və pedaqoji fəaliyyətinin, həmçinin Azərbaycanda ingilis dilinin fonetikası və Standart Britaniya tələffüzünün tədrisi istiqamətində gördüyü işlərin nəticəsidir.BFA-nın İcraedici Heyəti və Alphabet, Charts and Fonts (ACF) Komitəsi hazırda 2029-cu ildə keçiriləcək növbəti BFA Konvensiyasına hazırlıq işləri aparır və Günay Məmmədovanın bu konvensiyanın konfransına fonetika üzrə fundamental nəzəri, eksperimental və tətbiqi yenilikləri Azərbaycan elmi prizmasından müzakirə etmək üçün qoşulacağı gözlənilir.
1886-cı ildə əsası qoyulmuş BFA dünyada fonetikanın elmi tədqiqi və onun tədrisdə tətbiqi ilə məşğul olan ən nüfuzlu təşkilatdır. Assosiasiya həmçinin Beynəlxalq Fonetika Əlifbasının (International Phonetic Alphabet) müəllifidir - bu sistem dünyanın bütün dillərinin səslərini dəqiq şəkildə təsvir etməyə imkan verir. Assosiasiya "Journal of the International Phonetic Association" jurnalını nəşr etdirir və fonetika üzrə ən nüfuzlu konqreslərdən biri olan International Congress of Phonetic Sciences-i təşkil edir.
Web: https://ustadim.az/home
İnstagram: https://www.instagram.com/reel/DRZGAnJjpUh/?igsh=bm05YTF2NXhleDAy
Linkedin: https://www.linkedin.com/feed