Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Tarix: 6 Dekabr 2025 13:38

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.net xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür.

Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbindən gəlinin əllərini qaldırmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri bu səhnələri müxtəlif cür qarşılayıblar: bəziləri belə təmtəraqlı hədiyyələri "var-dövlət nümayişi" kimi qiymətləndirib, digərləri isə bunun toy ənənəsinin bir hissəsi olduğunu bildiriblər.

Mərasimdən paylaşılan video qısa müddətdə minlərlə baxış toplayaraq böyük müzakirə yaradıb. Toyun harada və nə zaman keçirildiyi dəqiq bilinməsə də, mövzu sosial mediada ən çox danışılanlar arasına düşüb.

Hüseyn


Etiketlər:  Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ