Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2025 07:35
Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fərqanə Qasımova ilə birgə Heydər Əliyev Sarayında təqdim etdikləri "Leyli və Məcnun" klassik ədəbi əsəri əsasında hazırlanan "Şəbi Hicran" muğam kompozisiyasından danışıb.
Sonxeber.net xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi tamaşa zamanı texniki problemlə üzləşdiklərini bildirib:
"Tamaşaçılar dedi ki, ikinci dəfə təqdim etdiyimiz "Leyli və Məcnun" tamaşası birincidən daha yaxşı oldu. Baxmayaraq ki, mikrofon xarab oldu. Fərqanə xanım oxuyanda gördüm ki, səs gəlmir. Mən də zalda əyləşən qonaqlara dedim ki, camaat mikrofonumuz işləmir. Bir alqışlar gəldi ki...Əslində mən deyəcəkdim ki, bağışlayın. Ya bunu düzəldək, ya da konsert bu gün olmasın. Amma alqışlar məcbur etdi ki, açılışaq. Konserti izləyənlər bəyəndi, Fərqanə əl mikrafonu ilə oxudu".
Qeyd edək ki, Alim Qasımov və Fərqanə Qasımova ilk dəfə bir neçə il əvvəl "Leyli və Məcnun" Operasını yeni quruluşda izləyicilərə təqdim etmişdilər. (Axşam.az)