Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dedilər ki, aparatı söndürək, daha yaşamır“

“Dedilər ki, aparatı söndürək, daha yaşamır“

Tarix: 6 Dekabr 2025 08:25

Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovun son günlərindən danışıb.

Sonxeber.net xəbər verir ki, bu barədə RTV-də yayımlanan "Çərçivədən kənar" proqramında açıqlama verib.

"Atam ən axırda aparatlara qoşuldu, dedilər ki, söndürək aparatı, daha yaşamır. Dedim ki, yox eşidir məni. Hər gün reanimasiyada yanına gedib deyirdim ki, Mete gəlir. Metenin də pasportu yox idi, gənc ailədir, elə biliblər körpə uşaqdır, heç nəsiz gələ bilər. İsmayıl, anam gəldi, əlini sıxdı, bir saata canını tapşırdı".


Etiketlər:  Dedilər aparatı söndürək daha yaşamır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ