Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2025 18:45
Müğənni Təranə Qumral aparıcı Tarix Əliyev (Tolik) ilə illər əvvəl yaşanan gərginlikdən danışaraq yenidən gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində həmin hadisənin "Xəzər" telekanalında baş verdiyini bildirib.
Təranə Qumral deyib ki, aralarında yaşanan mübahisə o qədər böyüyüb ki, kanalın mühafizəçiləri müdaxilə etməyə məcbur qalıblar:
"'Masin Sou"dan Toliki daha çox istəyirəm, onun insanlığını həmin verilişdə görmüşdüm. Veriliş gedirdi, dedi ki, tez olun, filankəslər gəlir. Mən də ayaqqabımı dəyişib gedirdim. Dedim ki, mən yavaş geyinirəm, studiya heç kimin atasının deyil. Bizi görmək istəməyən cəhənnəmə gəlsin, heç gəlməsin. Nə varamsa, oyam. Heç bir aparıcıya efir üçün yalvarmayacağam. Heç vaxt nəyisə jurnalistə paylaş deməmişəm".
Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa