Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2025 16:30
"Real Madrid" PSJ-nin gənc yarımmüdafiəçisi Joau Neveşi transfer etmək niyyətindədir.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı portuqaliyalı üçün 150 milyon avro ödəməyə hazırdır.
Bu barədə "Fichajes" portalı xəbər yayıb. Bildirilir ki, PSJ Neveşi satmaq fikrində deyil və oyunçunu komandada saxlamağa çalışır.
Qeyd edək ki, Joau Neveş ötən ilin yayında "Benfika"dan Paris klubuna transfer olunub. PSJ onun keçidi üçün 65 milyon avro ödəyib.
Gənc futbolçu Fransada keçirdiyi müddətdə 70 oyuna çıxaraq 13 qola imza atıb və 11 məhsuldar ötürmə edib.
Hüseyn