Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə nəhəngi qışda onları satacaq

İngiltərə nəhəngi qışda onları satacaq

Tarix: 5 Dekabr 2025 13:02

İngiltərənin "Mançester Yunayted" klubu qarşıdakı qış transfer pəncərəsi üçün ciddi dəyişikliklər planlaşdırır.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, klub heyətin dörd üzvünü satışa çıxarmağı nəzərdən keçirir.

Məlumata əsasən, "qırmızı şeytanlar" satılacaq futbolçulardan əldə olunacaq gəliri yarımmüdafiəni gücləndirmək üçün istifadə etməyi planlaşdırır. Adı satış siyahısında hallanan oyunçular Kobbi Meynu, Coşua Zirkze, Manuel Uqarte və Tayrell Malasiyadır.

Bununla belə, rəhbərlik qərar verməkdə çətinlik çəkir. Çünki komandanın üç əsas futbolçusu dekabrın ortalarından Afrika Millətlər Kubokunda iştirak edəcək və bu, heyəti onsuz da zəiflədəcək. Bu səbəbdən klub rəhbərliyi baş məşqçi Rumen Amorimin mövcud seçim imkanlarını daha da məhdudlaşdırmaq istəmir.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın cari mövsümündə 14 turdan sonra 21 xal toplayaraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Hüseyn


Etiketlər:  İngiltərə nəhəngi qışda onları satacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ