Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 18:10
Premyer Liqada mübarizə aparan "Karvan-Yevlax" klubunun ev qarşılaşmalarını oynadığı Yevlax Şəhər Stadionunda noyabrın 21-dən matçlar keçirilməyə başlasa da, orada vəziyyət heç də ürəkaçan deyil.
Sonxeber.net qafqazinfo-ya istinadla xəbər verir ki, bir müddət öncə arenada təmir işləri aparılıb. Stadiona süni ot örtüyü salınıb.
Lakin arenanın sanitar qovşaqlarında heç bir təmir aparılmayıb. Belə ki, orada antisanitar vəziyyət hələ də davam edir.
Sanitar qovşaqlarının bir tərəfində vəziyyət, ümumiyyətlə, biabırçı hal alıb. Stadiona gələnlərin tualetdən istifadə edə bilməsi üçün heç bir şərait yoxdur, hətta qapılar belə quraşdırılmayıb.
Bu halda sual yaranır: Stadion rəhbərliyi Premyer Liqa oyunlarına ev sahibliyi etmək istəyəndə bu biabırçılığı niyə aradan qaldırmayıb?
Bununla bağlı görüntüləri təqdim edirik: