Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 09:52
"Neftçi"nin və Kamerun millisinin hücumçusu Vinsent Abubakar Bakı klubuna keçidinin hansı mərhələlərdən sonra rəsmiləşdiyini danışıb.
Sonxeber.net xəbər verir ki, futbolçu bu fikirləri türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə səsləndirib.
Abubakar "Neftçi"yə gəlməzdən öncə həm klub rəhbərliyi, həm də tanınmış futbolçularla məsləhətləşdiyini bildirib:
"Transferdən əvvəl klubun icraçı direktoru Cenk Sümerlə, eləcə də Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü ilə əlaqə saxladım. Hər ikisi "Neftçi" barədə çox müsbət danışdılar və klubun böyük potensiala sahib olduğunu qeyd etdilər. Cenk bəy ilə "Beşiktaş" dövründən tanış olduğum üçün qərar vermək mənim üçün daha rahat oldu".
Tanınmış hücumçu Azərbaycan Premyer Liqasının səviyyəsinə də münasibət bildirib:
"Kənardan bəzən bu liqa sadə görünə bilər, amma əslində kifayət qədər rəqabətli və çətindir. Azərbaycan çox gözəl ölkədir, insanlar futbola böyük hörmətlə yanaşırlar. Komandaya qoşulduğum gündən bəri strukturlaşdırılmış və peşəkar iş prinsipləri diqqətimi çəkir".
Abubakar müsahibəsində "Neftçi"də özünü rahat hiss etdiyini və burada uğurlu çıxış etmək niyyətində olduğunu vurğulayıb.
Hüseyn