Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yemək yeyərkən su içməyin- Qastroenteroloqdan xəbərdarlıq

Yemək yeyərkən su içməyin- Qastroenteroloqdan xəbərdarlıq

Tarix: 4 Dekabr 2025 04:06

Ürək yanması yaşayan insanların suyu necə içməli olduğu ilə bağlı qastroenteroloq xəbərdarlıq edib.

Sonxeber.net xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova mədəyə əlavə yük düşməməsi üçün qida ilə eyni anda su içməyin məsləhət olmadığını bildirib.

Onun sözlərinə görə, yemək zamanı içilən su qarında diskomfortu artırır və ürək yanmasını daha da gücləndirə bilər. Mütəxəssis vurğulayıb ki, bu problemi yaşayanlar üçün suyu yeməkdən əvvəl və ya sonra içmək daha məqsədəuyğundur.

Suxorukova əlavə edib ki, bəzi insanlar yemək əsnasında su içdikdə narahatlıq hiss etdiklərini deyirlər. Buna görə də o, hər kəsi öz bədəninin reaksiyasını izləməyə və ehtiyac yaranarsa, yeməyi kiçik fasilələrlə bölərək su qəbul etməyə çağırıb.


Etiketlər:  Yemək yeyərkən içməyin Qastroenteroloqdan xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ