Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2025 16:12
"Mançester Siti"nin norveçli ulduz hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixində yeni rekorda sahib olub.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Holann liqadakı 111-ci matçında 100-cü qolunu vuraraq, turnirin rekordunu yeniləyib. Bu uğuruna o, XIX turda "Fulhem"lə səfər qarşılaşmasında imza atıb.
Bununla da norveçli forvard 1995-ci ildən bəri mövcud olan rekordu arxada qoyub. Həmin göstərici ingilis hücumçu Alan Şirerə məxsus idi - o, ilk 100 qolunu 124 oyun ərzində vurmuşdu.
Qeyd edək ki, artıq 25 yaşı olan Erlinq Holann 2022-ci ilin iyulunda "Mançester Siti"yə transfer olunub. Futbolçu bu müddət ərzində klubla iki dəfə İngiltərə çempionu olub, həmçinin İngiltərə Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi adını qazanıb.
Hüseyn