Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''lı azarkeş əsəbiləşib televizoru qırıq-qırıq etdi - VİDEO

''Fənərbağça''lı azarkeş əsəbiləşib televizoru qırıq-qırıq etdi - VİDEO

Tarix: 3 Dekabr 2025 13:18

"Fənərbağça" - "Qalatasaray" derbisində 95-ci dəqiqədə vurulan qol matçın taleyini tam dəyişib və sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Sonxeber.net xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsinə qədər "Qalatasaray" 1:0 hesabı ilə qabaqda gedirdi. Lakin əlavə vaxtda Duranın vurduğu gözlənilməz qol "Fənərbağça"ya tarixi bərabərlik gətirib. Bu anlar milyonlarla azarkeşi həyəcanlandırsa da, bir fanat matçın sonunu görə bilməyib.

Məlum olub ki, əsəbilərinə hakim ola bilməyən "Fənərbağça" azarkeşi 90-cı dəqiqədən sonra oyunun bitdiyini düşünərək televizoru söndürüb və hirsindən cihazı sındırıb. Azarkeş bununla "bülbül"lərin son saniyələrdə hesabı bərabərləşdirdiyindən xəbərsiz qalıb.

Hadisə sosial mediada sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilər azarkeşin hərəkətini müxtəlif reaksiyalarla qarşılayıblar.

Hüseyn


Etiketlər:  Fənərbağçalı azarkeş əsəbiləşib televizoru qırıq qırıq etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ