Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2025 10:56
Bir müddət əvvəl Bakı Metropolitenində işə başlayacağını elan edən aparıcı hazırda işsiz olduğunu elan edib.
Sonxeber.net xəbər verir ki, aparıcı Nərmin Salmanova əməkdaşlığın baş tutmadığını bildirib.
O, sosial şəbəkədə paylaşdığı açıqlamasında qeyd edib ki, metropolitenlə əməkdaşlıq təklifi əsasında danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Lakin işə çıxıb əmək müqaviləsini imzalamaq istədiyi gün bəzi vacib şərtlərin dəyişməsi səbəbindən əməkdaşlıq baş tutmayıb.
O hazırda müəyyən fasilədən sonra peşəkar planlarını dəyərləndirdiyini vurğulayıb.