Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2025 15:02
"Liverpul"un əsas hücumçusu Məhəmməd Salahın 21 dekabr - 18 yanvar tarixlərində keçiriləcək Afrika Millətlər Kubokunda iştirak etməsi rəsmiləşib.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Misir millisinin baş məşqçisi ulduz futbolçunu heyətə daxil edib.
Ölkəsinin yığması turnir öncəsi dekabrın 14-də Nigeriya ilə yoldaşlıq oyunu keçirəcək və üç gün sonra yarış üçün Mərakeşə yollanacaq.
Salah milli komandaya qoşulduğu halda və Misir finala qədər irəliləsə, hücumçu "Liverpul"un səkkiz qarşılaşmasını buraxa bilər. Bu oyunlar belədir:
9 dekabr - "İnter"
13 dekabr - "Brayton"
20 dekabr - "Tottenhem"
27 dekabr - "Vulverhempton"
1 yanvar - "Lids"
4 yanvar - "Fulhem"
8 yanvar - "Arsenal"
17 yanvar - "Bernli"
Bu səbəbdən Salahın yoxluğu "Liverpul"un mövsümün kritik mərhələsində ciddi itki kimi qiymətləndirilir.
Hüseyn