Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 13:54
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna səbəb A.Abbasovun Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"la keçirilən matçda rəqib baş məşqçi ilə mübahisə etməsi olub.
Belə ki, oyunun 88-ci dəqiqəsində o, rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə çalışdırıcı 1 oyun oyun cəzalanıb və 2000 min manat cərimə edilib.
"Sumqayıt" baş məşqçisi Saşa İliç də cəzasız qalmayıb. O, rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. "Sumqayıt" isə 10 000 manat cərimə olunub.