Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 10:20
"Harry Potter" filmlərinin məşhur aktyorları Daniel Redkliff və Tom Felton uzun fasilədən sonra yenidən görüşüblər.
Axşam.az xəbər verir ki, iki ulduzun son birgə fotosu 2011-ci il iyulun 11-də - "Harry Potter və Ölüm Yadigarları" filminin premyerası zamanı çəkilmişdi.
Həmin vaxt Redkliff 21, Felton isə 23 yaşında idi. İllər sonra baş tutan yeni görüşdə isə Daniel artıq 36, Drako Malfoy obrazının ifaçısı Felton isə 38 yaşındadır.
Aktyorların yenidən bir araya gəlməsi filmin fanatları arasında böyük nostalji yaradıb.
Hüseyn