Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Anam atamın əlini-ayağını öpdü ki, ayıl” - FOTO

“Anam atamın əlini-ayağını öpdü ki, ayıl” - FOTO

Tarix: 3 Dekabr 2025 18:45

Xalq artisti Röya Ayxan bu ilin avqustunda itirdiyi Yaqub Nəcəfovla bağlı danışıb.

Sonxeber.net xəbər verir ki, sənətçi bu barədə "İncə səhər"də açıqlama verib. O, süni intellektlə canlandırılan uşaqlıq illərindən gələn sualları cavablandırarkən bunları söyləyib:

"Atam bir müddət çox əziyyət çəkdi. Aparata qoşulmuşdu, dedilər ki, kimdənsə halallıq gözləyir. Anam gəldi atamın əlini sıxdı, orada bir şey baş verdi, qaçdım həkimləri çağırdım ki, oyandı. Dedilər, oyanmadı, sadəcə o onu gözləyirdi ki, illərlə incitdiyi qadın halallıq versin. O sevgini gördüm. Anam əlini-ayağını öpdü ki, ayıl, yenidən sənlə birgə yaşayaram, amma məni sevgisiz qoyub getmə". (olay)


Etiketlər:  Anam atamın əlini ayağını öpdü ayıl FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ