Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metopoliten məşhur aparıcıya verdiyi vəddən imtina edib? - YENİLƏNİB

Metopoliten məşhur aparıcıya verdiyi vəddən imtina edib? - YENİLƏNİB

Tarix: 3 Dekabr 2025 18:18

"Bakı Metropoliteni" QSC aparıcı Nərmin Salmanovaya maaş məsələsində verilən vədin tutulmaması ilə bağlı səslənən iddialara cavab verib.

Qurumdan qeyd olunub ki, sözügedən vəzifə üzrə Bakı Metropolitenində bir sıra namizədlər müsahibəyə dəvət olunub, onlarla görüşlər keçirilib.

Məlumatda qeyd olunub ki, Bakı Metropolitenində vakant vəzifələrə işə qəbul prosesi ədalətli, şəffaf və bütün namizədlər üçün bərabər imkanlar şəraitində aparılır:

"Məlumat üçün onu bildirək ki, sözügedən vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmaması səbəbindən hazırda dayandırılıb".

-------
Bir müddət əvvəl Bakı Metropolitenində işə başlayacağını elan edən aparıcı hazırda işsiz olduğunu elan edib.

Sonxeber.net xəbər verir ki, aparıcı Nərmin Salmanova əməkdaşlığın baş tutmadığını bildirib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamasında qeyd edib ki, metropolitenlə əməkdaşlıq təklifi əsasında danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Lakin işə çıxıb əmək müqaviləsini imzalamaq istədiyi gün bəzi vacib şərtlərin dəyişməsi səbəbindən əməkdaşlıq baş tutmayıb.

O, hazırda müəyyən fasilədən sonra peşəkar planlarını dəyərləndirdiyini vurğulayıb.


Etiketlər:  Metopoliten məşhur aparıcıya verdiyi vəddən imtina edib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ