Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2025 23:00
Xalq artisti Röya Ayxan "İncə səhər" verilişinin qonağı olub.
Sonxeber.net xəbər verir ki, sənətçi uşaqlıq illərindən və mərhum atası haqda danışarkən kövrəlib.
Uşaqlığı ilə üz-üzə qalan Röyanın etirafları diqqət çəkib:
"Uşaqlığımı xatırlamaq istəməzdim. Hər gün evində dava-dalaş olan, ürkək, qorxaq biri idim. Küçədən nə isə toplayıb satırdım ki, məktəbdə kimsə kişmişli bulka alanda mən də ala bilim. İndi çox güclüyəm. Mən özümə söz vermişdim ki, elə bir qadın olacağam ki, atam və anam heç vaxt heç kəsə möhtac olmayacaq, bacım-qardaşım istədikləri kimi yaşayacaq. Böyük evim, çoxlu işçilərim olacaq. (Musavat.com)