Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 12:16
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur idman aparıcısı və şərhçisi Ertem Şener Bakıda olduğu müddətdə paylaşımları ilə böyük maraq doğurur.
Sonxeber.net xəbər verir ki, teleaparıcı bu dəfəki paylaşımı ilə xüsusilə "Qarabağ" azarkeşlərinin diqqətini çəkib.
Ertem Şener sosial şəbəkə hesabında "Koxalski, Duran və Medina... Budur Qarabağ" sözlərini yazaraq ürək emojiləri əlavə edib. Onun paylaşımı qısa zamanda geniş izləyici kütləsi tərəfindən bəyənilib və çoxlu rəylər toplayıb.
Görüntülərdə diqqət çəkən digər məqam isə "Qarabağ" klubunun ulduz futbolçularına məxsus avtomobillərin parkinqdə xüsusi yerlərdə saxlanılması olub. Hər bir maşının park yerində futbolçunun adı qeyd edilib ki, bu da teleaparıcının marağını cəlb edib.
Ertem Şenerin ardıcıl olaraq "Qarabağ"la bağlı etdiyi müsbət paylaşımlar azarkeşlər tərəfindən yüksək qiymətləndirilir.
Hüseyn