Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 12:00
Yeni il gecəsinə hələ 1,5 ay qalmasına baxmayaraq, məşhur sənətçilərin çıxış edəcəyi lüks otellərdə rezervasiyalar sürətlə tükənir.
Milli.az xəbər verir ki, Özcan Deniz, Ebru Gündeş, Candan Erçetin, Cenk Eren və Murat Dalkılıçın Antalyada səhnəyə çıxacağı oteldə 31 dekabr-3 yanvar tarixlərini əhatə edən 3 gecəlik paket iki nəfər üçün 77 min TL-dən (təxminən 3 min AZN) başlayır. Otağın kateqoriyasına görə qiymət 160 min TL-yə (təxminən 6400 AZN) kimi yüksəlir.
Tarkanın çıxış edəcəyi Bafradakı oteldə isə artıq bütün yerlər dolub.
Milyonlarla lirə qarşılığında çıxış edən məşhurlar və onların qonorarları:
Tarkan - 42 milyon TL
Yeni ili Şimali Kiprdə qarşılayacaq Tarkan yalnız bir gecə üçün 42 milyon TL qazanaraq bu ilin rekordçusu olub.
Hadise - 20 milyon TL
Səhnə enerjisi ilə diqqət çəkən Hadise isə iki ölkədə ardıcıl konsert verəcək.
31 dekabr - KKTC,
1 yanvar - Dubay
Bu iki konsertdən müğənni ümumilikdə 20 milyon TL gəlir əldə edəcək.
Digər məşhurların səhnə qiymətiləri:
Gülşən - 10 milyon TL
Ebru Gündeş - 10 milyon TL
Mahsun Kırmızıgül - 10 milyon TL
Yıldız Tilbe (Batum) - 10 milyon TL
Özcan Deniz - 8 milyon TL
Sibel Can - 8 milyon TL
Melek Mosso - 7 milyon TL
Sıla - 7 milyon TL
Məlumata əsasən, bir çox otellərdə rezervasiyalar artıq tükənib və Yeni il şoularına maraq xüsusilə yüksəkdir.