Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib - FOTO

Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib - FOTO

Tarix: 4 Dekabr 2025 14:14

BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühit naziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib.

Azərbaycanın Keniyadakı Səfirliyindən Sonxeber.net-a bildirilib ki, dekabrın 4-də BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühit naziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib.

Abdullah Bin Ali Al-Amri, Omanın Keniyadakı səfiri Nasra Salem Əl-Haşmi və onları müşayiət edən heyət səfirlikdə yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub, onun xatirəsini ehtiramla yad edib. Səfir Sultan Hacıyev Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında məlumat verib.

Nazir Abdullah Bin Ali Al-Amri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin sədri qismində Azərbaycanın növbəti həftə başlayacaq UNEA-nın 7-ci sessiyasına hazırlıqlarda Omanın UNEA7 sədrliyi ilə səmərəli əməkdaşlığından razılığını ifadə edib, Azərbaycanın sədrliyi ilə öz işinə başlayan Daimi Nümayəndələr Komitəsinin açıq tərkibli iclasının məhsuldar fəaliyyətinə görə təşəkkür edib.

Səfir Sultan Hacıyev 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş Azərbaycanın UNEP-lə əməkdaşlığa və UNEA-nın uğurlu nəticələr göstərməsinə böyük diqqət göstərdiyini bildirib, Omanın UNEA7-nin hazırlıq proseslərində göstərdiyi aktiv fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Azərbaycanın 2026-cı ilin 17-22 may tarixlərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumat verib. Bildirib ki, iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri bu mötəbər tədbirin əsas mövzulardan olacaqdır.


Etiketlər:  Abdullah Amri Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ