Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röya: ''Adımı çəkmədi, ondan umdum''

Röya: ''Adımı çəkmədi, ondan umdum''

Tarix: 4 Dekabr 2025 17:05

Xalq artisti Röya Ayxan həmkarı, Nərmin Kərimbəyova barədə səmimi açıqlama verib.

Sonxeber.net xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində həm Nərminə sevgisini dilə gətirib, həm də ondan incik olduğunu etiraf edib.

Röya bildirib ki, Nermin çətin bir situasiya yaşadığı vaxt ona dəstək olub:

"Nərmin bir problem yaşamışdı. Mən də həmin məsələdə onun yanında oldum. Problemi yaşadığı şəxslə yarım saat danışdım ki, məsələ həll olsun. Amma sonradan o, adımı çəkmədi. Özü həll etmiş kimi davrandı. Mən də buna görə incimiş oldum".

Xalq artistinin sözləri sosial şəbəkədə müzakirə yaradıb və izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Musa


Etiketlər:  Röya Adımı çəkmədi ondan umdum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ