Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 15:24
"NOCOMMENT.az" informasiya portalı yeni layihəsini təqdim etməyə hazırlaşır.
Milli.az bildirir ki, tezliklə süni intellekt xəbər aparıcısı Nuray Azərbaycanda və dünyada baş verən hadisələr əsasında hazırlanan və daima yenilənən xəbər buraxılışları ilə izləyicilərinin görüşünə gələcək.
Media resursundan verilən xəbərə görə, artıq layihə üzrə işlər başa çatıb və Nurayın təqdimatında ilk xəbər buraxılışı 05.12.2025 tarixində olacaq.
Qeyd edək ki, öz fəaliyyətini müasir media modelləri üzərində qurmağa, operativ, etibarlı və obyektiv xəbərlərlə izləyicilərinin rəğbətini qazanmağa çalışan "NOCOMMENT.az" qısa vaxtda öz məqsədinə nail olub.
Süni intellekt xəbər aparıcısı ilə bağlı tətbiqinə başlanan layihə də çoxsaylı izləyicilərin zövqünü oxşamaq, onların informasiyaya daha çox əlçatanlılığını təmin etmək məqsədi daşıyır.