Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bahalı ''şuba''larıma xərclədiyim pula 3 ev ala bilərdim''

''Bahalı ''şuba''larıma xərclədiyim pula 3 ev ala bilərdim''

Tarix: 4 Dekabr 2025 15:55

Müğənni Zahidə Günəş "Öz aramızda" verilişinə qonaq olaraq şəxsi həyatından və keçmişdə etdiyi israfçılıqdan bəhs edib.

Sonxeber.net xəbər verir ki, ifaçı xüsusilə bahalı kürklərə hədsiz meylli olduğunu etiraf edib.

Sənətçi bildirib ki, vaxtilə aldığı kürklərə sərf etdiyi vəsaitlə bu gün ən az üç mənzil sahibi ola bilərdi:

"İndiki ağlım olsaydı, o qədər pul xərcləməzdim. Elə şubam olub ki, Azərbaycanda ondan heç kimdə yox idi. Xaricdən 8700 avroya almışdım. Ümumilikdə 7-8 təbii xəzim var. Amma Bakıda geyinmək olmur. Hava o qədər də soyuq deyil, maşın idarə edəndə də çətinlik yaradır".

Zahidə Günəş onu da əlavə edib ki, həmin dövrdə aldığı kürklərin puluna bir neçə ev almaq mümkün idi:

"O pullara o vaxtın qiyməti ilə üç mənzil almaq olardı. İndi düşünəndə başa düşürəm ki, daha ağıllı qərarlar vermək olardı".

Müğənninin etiraf dolu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

Hüseyn


Etiketlər:  Bahalı şubalarıma xərclədiyim pula bilərdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ