Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 18:15
"Arka Sokaklar"ın ulduzu Kerimhan Duman (Tunç) ali təhsilini tamamlayıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yeni peşəsi hər kəsi təəccübləndirdi
"Arka Sokaklar" serialında Mesutun oğlu Tunç obrazı ilə tanınan Kahramanmaraşlı aktyor Kerimhan Duman ali təhsilini başa vuraraq yeni uğura imza atıb.
Məlumata görə, gənc aktyor təhsilini uğurla bitirərək rəsmi şəkildə vəkillik fəaliyyətinə başlayıb. Artıq Kerimhan Duman hüquq sahəsində fəaliyyət göstərən peşəkar vəkil kimi tanınır.
Serialdakı roluyla yadda qalan aktyorun bu addımı sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Musa