Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2025 09:20
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov uşaqlıq arzusunu dilə gətirib.
Sonxeber.net xəbər verir ki, aktyor müğənni olmaq istədiyindən danışıb:
"Mən aktyor olmasaydım, yəqin ki, müğənni olardım. Uşaq vaxtı oxumağı sevirdim, həvəsim, səsim var idi. Getdim ki, xora yazılım, amma məni tar dərslərinə yazdılar. Onunla da oxumadım. Səsim indi də var. "Ad günü" filmində də "Bəri bax" mahnısını ifa etmişəm".