Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 22:45
Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən şikayətlənib.
Sonxeber.net xəbər verir ki, buna səbəb yoldaşının qonşularla nərd oynaması olub. Müğənni sosial şəbəkədə bu barədə danışıb:
"Qonşu kişilər yığışıb saatlarla nərd oynayırlar. 2 saat, 3 saat, 5 saat oynayır, gəlib evə yeyir-içir, yenə çağırırlar aşağı. Bir gün o qonşuları rüsvay edəcəm. Birdə görürsən yığılıb getdilər ova. Gedib qaşqaldaq, ördək əti vurub gətirir. O, sevir narla bişirəndə. Ona o yeməyi heç kim bişirə bilmir, ən yaxşı mən bişirirəm, yeyir. Mən ölsəm də yeyə bilmərəm".