Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 22:10
Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.
Sonxeber.net xəbər verir ki, bu barədə qərar 4 dekabr 2025-ci il tarixində keçirilən ümumi yığıncaqda keçirilən səsvermədən sonra qəbul olunub.
Bu qərar bir sıra ölkələr, o cümlədən İspaniya, Hollandiya, İrlandiya, Sloveniya tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Sözügedən ölkələr İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı keçiriləcək "Avroviziya" mahnı müsabiqəsindən imtina edəcəklərini açıqlayıblar.