Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kəpəz'', ''Sumqayıt'' və ''Qəbələ'' 1/4 finalda

''Kəpəz'', ''Sumqayıt'' və ''Qəbələ'' 1/4 finalda

Tarix: 4 Dekabr 2025 21:58

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

Sonxeber.net xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.

"Qəbələ" 1-ci liqanın hazırkı lideri "Şəfa"nı qəbul edib və hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Kaxaber Sxadadzenin komandası bu mərhələdə "Sabah"a rəqib olub.

"Sumqayıt" "Difai"ni 3:1 hesabı ilə üstələyib. 1/4 finalda "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə qarşılaşacaq.

Digər matçda "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda isə "Kəpəz" 1 qol vuraraq növbəti mərhələyə vəsiqə qazanıb. Gəncə klubu 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

19:00. "Araz-Naxçıvan" - "Kəpəz" - 0:1 

Qol: Ohori, 115 (0:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

"Liv Bona Dea Arena"

19:00. "Difai" - "Sumqayıt" - 1:3

Qollar: Ronaldo Vaskez, 9 (0:1), Kamil Qardaşlı, 67 (1:1), Ronaldo Vaskez, 75 (1:2), Aleksandr Ramalinqom, 90+3 (1:3)

Qırmızı vərəqə: Roman Hüseynov, 84 ("Difai")

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

15:00. "Qəbələ" - "Şəfa" - 2:1 

Qollar: İbrahim Sanqare, 2 (1:0), Emin Zamanov, 5 (1:1), İbrahim Sanqare, 53 (2:1)

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Qəbələ şəhər stadionu

2 dekabr

"Zirə" - "Neftçi" - 1:0 

"Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

3 dekabr

"Qarabağ" - "Karvan-Yevlax" - 3:0

"Şamaxı" - "Bakı Sportinq" - 1:0 

"İmişli" - "Sabah" - 1:2 

1/4 finalda qarşılaşacaqlar:

"Turan Tovuz" / "Kəpəz" 

"Zirə"  / "Sumqayıt" 

"Şamaxı" / "Qarabağ"

"Sabah" /"Qəbələ" 


Etiketlər:  Kəpəz Sumqayıt Qəbələ finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ