Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2025 21:48
Torpaqların qiyməti bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər bahalaşır. Hazırda bahalaşma Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27% -dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425002 manat təşkil edir. Yasamalda bu rəqəm 209258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.
Əmlak eksperti Elnur Azadov da deyir ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.
O, deyir ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.
Daha ətraflı videomaterialı təqdim edirik.