Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı

Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı

Tarix: 5 Dekabr 2025 06:06

Britaniyalı tədqiqatçılar çuğundurun damar, ürək və beyin sağlamlığı üçün faydalı olduğunu müəyyən edib.

Sonxeber.net xəbər verir ki, "Nutrients" jurnalında dərc olunan icmalda çuğundurun nitrat, betalain və polifenol tərkibinin qan dövranını yaxşılaşdırdığı, iltihabı və oksidləşdirici stresi azaltdığı bildirilib. Bu isə Alzheimer xəstəliyinin qarşısının alınmasında mühüm rol oynayır.

Hüceyrə və heyvan təcrübələrində çuğundur neyronları qoruyub, mitoxondrilərin fəaliyyətini gücləndirib və iltihabi siqnalları zəiflədib. İnsan üzərində aparılan kiçik tədqiqatlarda isə çuğundur içkiləri beyin qan dövranını yaxşılaşdırıb və yaddaşın sürətli pisləşməsini azaldıb.


Etiketlər:  Alimlər çuğundurun inanılmaz faydasını aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ